• Hadisə
  • 30-11-2015, 15:57
  • 183Oxunub

Göyçayda avtomobil aşdı: yaralılar var

{title

42-ciparalel.az
 

     Avtomobil 2 metr dərinliyi olan çökək əraziyə aşıb

Göyçayda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Qəza Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 215-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb. Göyçayın Qaraməryəm kənd sakini 63 yaşlı İlyas Tağıyev VAZ 2106 markalı minik avtomobili hərəkətdə olarkən idaretməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Ağaca çırpılan VAZ 2106 2 metr dərinliyi olan çökək əraziyə aşıb. 

Qəza törədən VAZ 2106

Hadisə zamanı sürücü İlyas Tağıyev və onun sərnişini Qarayazı kənd sakini 47 yaşlı Pərviz Xankişiyev ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ehtimal olunur ki ,qəza sürücü qarşısına qəfil çıxan maneə səbəbindən baş verib. Sürücünün sürət həddini aşması da digər versiyalardan biridir.