Göygöldə naməlum piyada vuruldu

42-ciparalel.az
Hazırda ölən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.
Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtomobil naməlum şəxsi vuraraq öldürüb.
Göygöl Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun mərkəz hissəsində qeydə alınıb. Gəncədən Göygöl istiqamətinə hərəkət edən, Gəncə şəhər sakini 1983-cü il təvəllüdlü Zaur Nəbiyev idarə etdiyi "VAZ- 21 099" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən naməlum şəxsi vurub. 30-35 yaşlarında olan kişi aldığı xəsarətlərin ağırlığından hadisə yerindəcə dünyasını dəyişib.
Müstəntiqin sözlərinə görə, hələlik ölən şəxsin kimliyini müəyyən etmək mümkün olmayıb. Buna səbəb onun üzərindən heç bir sənədin aşkarlanmamasıdır.
Hazırda ölən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır. Artıq sürücü saxlanılaraq istintaqa cəlb edilib.
Qəzanı törədən şəxsin hərbçi olduğu deyilir.
4 gün əvvəl də Bərdədə piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə noyabrın 26-sı axşam saatlarında rayonun Koroğlu küçəsində baş verib.