• Hadisə
  • 27-11-2015, 16:41
  • 188Oxunub

Gəncədə silahlı insident, polisə xəsarət yetirildi

{title

42-ciparalel.az
 

     Polisə xəsarət yetirildi.

Gəncə şəhərində "Nardaran" hadisələrinəkömək edən şəxslərdən silah-sursat aşkarlanıb. Onlardan biri polis əməkdaşına xəsarət yetirərək qumbaranı partlatmağa cəhd göstərib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 26-da Gəncə şəhər sakini Ruzi İsmayılov "Nardaran” hadisələri ilə əlaqədar "Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək məqsədi ilə Şah Abbas məscidinin qarşısına gəlib.

Bununla əlaqədar R.İsmayılov evinin qarşısında tutularkən üzərində olan qumbara ilə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis mayoru Oqtay Orucovun baş nahiyəsindən xəsarət yetirərək qumbaranı partlatmağa cəhd göstərib. 

R.İsmayılov tutulub və ondan 1 ədəd "F-1”, 1 ədəd "RQD-5” qumbaraları və 14 qram heroin götürülüb.

Oxşar əməl törədən daha bir şəxs saxlanılıb. Noyabrın 26-da Gəncə şəhər sakini Sabir Əliyev Nardaran qəsəbəsində baş vermiş hadisə ilə əlaqədar şəhərin Təbriz və Ə.Məmmədov küçələrinin kəsişməsində "Müsəlman biriliyi” adlı hərəkata dəstək məqsədi ilə çağırışlar etdiyi üçün Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. 

Ondan "TT” markalı tapança, 8 ədəd patron, 1 ədəd patron darağı və 3,215 qram heroin götürülüb.

Dünən Bakının Nardaran qəsəbəsində silahlı insident baş verib. İnsident zamanı ölən və yaralananlar olub. Hadisədən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu məsələ ilə bağlı məlumat yayıb. Məlumata görə, baş verən atışma zamanı 4 dini radikal məhv edilib, 2 polis əməkdaşı da atışmada dünyasını dəyişib.


Nardaranda insidentdən foto