Daha bir vertolyot vuruldu (FOTO)

42-ciparalel.az
Ölən və əsir götürülənlər var.
"Taliban" terror təşkilatının döyüşçüləri "Valan International Cargo Charter" Moldaviya şirkətinə məxsus vertolyotu vurub.
Əfqan mətbuatının məlumatına görə, vertolyot taliblərin nəzarətində olan Kunduz əyalətinin ərazisində qəzaya düşüb. Faryab əyalət polisinin rəisi Sayed Aka Sakeb vertolyotun içində olan 18 nəfərin əsir götürüldüyünü, üç nəfərin isə həlak olduğunu bildirib.
Həlak olanların adları açıqlanmır. Moldava hökümət rəsmiləri əsirlikdə olan şəxslərin azad olunması üçün danışıqlara başlayıb.

Vurulan vertalyot
İnformasiyanı "Valan International Cargo Charter" aviaşirkəti və ABŞ-ın hökumət nümayəndələri təsdiq edib. Noyabrın 24-də Balan şəxsi telekanallarından birinin efirində bildirilib ki, Əfqanıstanda Moldova şirkətinə aid vertolyot atəşə tutulub. Ekipaj və sərnişinlərin taliblərə əsir düşdüyü ehtimal olunur.
Ötən gün Türkiyə - Suriya sərhədində Rusiyaya məxsus hərbi helikopter vurulub. Hadisə Suriyanın Hatay şəhəri ilə sərhədində baş verib. Helikopterin Suriya üsyançıları tərəfindən vurulduğu bildirilir. Üsyançılar Rusiya vertolyotunu ABŞ istehsalı "Tow” raketləri ilə vurub.
Helikopter Suriyanın Latakiya şəhəri ərazisində hökümət qüvvələrinin nəzarətində olan bölgənin yaxınlarında yerə düşüb. Həmin gün həmçinin hava sərhədini pozduğuna görə Rusiyaya məxsus "Su 24" qırıcısı Suriya-Türkiyə sərhədin də vurulub.