İranda zəlzələ olub - 5,2 bal

İranın məkəzi hissəsində 5,2 bal gücündə zəlzələ baş verib.
42-CiParalel.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Raver şəhərinin 46 kilometrliyində, 10 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntılar və xəsarət alanlar barəsində məlumat yoxdur.