Təyyarə yaşayış evinin üstünə düşdü: 3 ölü

Braziliyada təyyarə qəzası olub. 42-CiParalel.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin San-Paulu ştatında qeydə alınıb. Belə ki, yüngülmotorlu təyyarə yaşayış evinin üstünə düşüb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 3 nəfər ölüb.
Qəza nəticəsində fərdi yaşayış evi qismən dağılsa da, orada yaşayan sakinlərə zərər dəyməyib.
Hazırda qəzanın səbəbləri araşdırılır.