Türkiyədə turistləri daşıyan avtobus dərədən aşdı: 2 ölü, 29 yaralı - FOTO

Türkiyədə turistlərin olduğu avtobus qəzaya uğrayıb.
42-CiParalel.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Antalyadan Adrasana gedən avtobus Təkkə dərəsində 25 metrdən uçuruma düşüb.
Nəticədə 2 nəfər ölüb, 29 nəfər yaralanıb. İlkin məlumata görə, qəzada ölən və yaralananlar Türkiyə vətəndaşlarıdır.