• Hadisə
  • 28-08-2017, 13:46
  • 188Oxunub

Daha bir məmur oğlu bahalı avtomobillə qəza törətdi – YENİLƏNİB

{title

Ağdaş rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənovun oğlu ağır qəza törədib. Ə.Həsənovun oğlu İlqar Həsənovun idarə etdiyi avtomobil 5 nömrəli məktəbin həyətinə girib.

 42-CiParalel.az bildirir ki, məsələ ilə bağlı publika.az-a məlumat verən məktəbin direktoru İradə Məmmədova bildirib ki, hadisə gecə saatlarında baş verdiyindən xəsarət alan olmayıb.

"Hadisə avqustun 27-si, gecə saat 1-2 radələrində baş verib. Məktəbin binasına ziyan dəyməyib. Sadəcə, hasarın küncündə işıq dirəyinə çırpılan avtomobil onu yerə aşırıb. Hasarın künc divarını uçurub. Hadisə yerinə baxış keçirilib. İşıq dirəyi bərpa edilib, yəqin ki, məktəbin hasarı ilə bağlı da tədbir görüləcək”.

İ.Məmmədova hadisə baş verən zaman gözətçinin məktəbdə olduğunu deyib: "Gözətçi zərbə səsinə çölə çıxıb, bir avtomaşının hasara çırpıldığını görüb. Nəqliyyat vasitəsinin məktəbin binasına daxil olmasına az məsafə qalıb. Məktəbimiz yol kənarındadır, amma, yəqin ki, sürət həddi yüksək olub. Çünki bizim məktəbdən başqa yaxınlıqdakı ərzaq mağazasının həyətdəki soyuducusuna da zərər vurub. Dərhal hadisə yerinə sürücünün qohumları gəlib. Sürücünün 23-24 yaşı olar, içkili olduğu deyilir. Çünki o sürətlə normal insan avtomobil idarə etməz”.

27.08.2017 (12:11)

Ağdaş rayon icra hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun oğlu ağır yol qəza hadisəsi törədib.

42-CiParalel.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu gecə saat 2 radələrində baş verib.

Məmurun oğlu İlqar Həsənov 90 ZM 111 dövlət nömrə nişanlı "Infiniti” markalı avtomobili yüksək sürətdə idarə edərkən qəza törədib. Nəqliyyat vasitəsi əvvəlcə mağazaya çırpılıb, daha sonra işıq dirəyini yerindən qoparaq rayondakı 5 nömrəli məktəbin həyətinə girib.

Sürücünün hadisə zamanı içkili vəziyyətdə olduğu bildirilir.

Qeyd edək ki, məmur oğlu hazırda heç bir yerdə işləmir. Əvvəllər polis sistemində çalışıb.