Azərbaycanın energetika naziri Türkiyəyə aparılıb – FOTO + YENİLƏNİB

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri Natiq Əliyev Türkiyəyə aparılıb.
42-CiParalel.Az xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasından APA-ya verilən məlumata görə, N.Əliyev müalicəsini Türkiyədə davam etdirəcək.
Qeyd edək ki, N.Əliyevin ürəyində problemlər yaranmış və o, Mərkəzi Neftçilər Xəstəxanasında yerləşdirilmişdi.
04.06.2017 (15:20)
Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri Natiq Əliyevin vəziyyəti ağır-stabildir.
42-CiParalel.Az xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasından APA-ya bildirilib ki, N. Əliyev xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub.
Hazırda N. Əliyev reanimasiya şöbəsindədir, ürəyinə stendlər qoyulub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə konsilum aparılır və konsilumun nəticələrinə uyğun olaraq müvafiq addımlar atılacaq.
Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva açıqlamasında bildirib ki, N. Əliyevin ürəyində problemlər yaranıb və Mərkəzi Neftçilər Xəstəxanasında yerləşdirilib.
Hazırda nazir həkimlərin nəzarətindədir.
11:50
Azərbaycanın energetika naziri Natiq Əliyev xəstəxanaya yerləşdirilib.
42-CiParalel.Az xəbər verir ki, nazir dünən səhər saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib. Ürəyində ciddi problemləri olan nazir xəstəxananın Kardio-reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan nazirin hazırda reanimasiya şöbəsində müalicə olunduğunu təsdiləyiblər. Bildirilib ki, o, kardioloqların və reanimatoloqların nəzarətindədir.