• Hadisə
  • 4-05-2017, 10:25
  • 243Oxunub

Səudiyyə Ərəbistanı kralının böyük qardaşı vəfat edib

{title

 

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səudun böyük qardaşı Mişal bin Əbdüləziz 91 yaşında vəfat edib.

42-CiParalel.Az xəbər verir.

Şahzadə Mişal bin Əbdüləziz 1926-cı ildə anadan olub. O, Səudiyyə Ərəbistanının birinci kralı Əbdül Əziz Əl Saudun 14-cü oğlu olub. Ötən əsrin 40-50-ci illərində Mişal bin Əbdüləziz müdafiə nazirinin müavini, müdafiə naziri vəzifələrində çalışıb. 60-cı illərdə isə Məkkənin qubernatoru olub.

2009-cu ildən etibarən siyasətdən uzaqlaşan Mişal bin Əbdüləziz  Məkkədə dəfn olunacaq.