Cənubi Azərbaycandakı daşqında ölənlər dəfn olunub

Ötən gün daşqın nəticəsində həyatını itirən azərbaycanlılar bu gün dəfn olunub. 42-CiParalel.Az xəbər verir ki, dəfn mərasimi əsasən Əcəbşir şəhərinin Çinar kəndində keçirilib. Çünki daşqın nəticəsində ölənlərin böyük əksəriyyəti bu kənddəndir.
Bu arada Böhran Qərargahı daşqın nəticəsində ölənlərin sayının 48 nəfərə çatdığını rəsmən elan edib. Şərqi Azərbaycan valiliyi Güney Azərbaycanda matəm elan edib.
Qeyd edək ki, ötən gün şiddətli yağışlar səbəbindən Şərqi Azərbaycan vilayətində yaranan daşqınlar faciəyə yol açıb. Sel fəlakəti nəticəsində Azərşəhr və Ərəbşir şəhərlərində və bu şəhərlərə yaxın kəndlərdə böyük dağıntilar baş verib. Nəticədə 48 nəfər dünyasını dəyişib. Daşqınların evsiz qoyduğu insanların sayı isə yüzlərlədir.