• Hadisə
  • 15-02-2017, 13:13
  • 280Oxunub

Prokuror hakim oğlunun ölümünə səbəb olan sürücüyə 10 illik həbs cəzası istəyib

{title

Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

42-CiParalel-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, R. Kərimova 10 illik həbs cəzası istəyib.

 

Proses fevralın 16-da davam etdiriləcək. 

 

Qeyd edək ki, bu ilin mayında Bakıda R. Kərimov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vuraraq qaçıb. Xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. R. Allahverdiyev orada ölüb.

 

Tərtər Hərbi Məhkəməsinin hakiminin oğlu Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R. Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi olub.

 

Hadisəni törədən şəxs Mərkəzi Kliniki Xəstəxananın sabiq baş həkimi Yüzasif Kərimovun oğludur.