• Hadisə
  • 13-02-2017, 07:51
  • 313Oxunub

Əməkdar artist vəfat edib

{title

 

Gənc tamaşaçılar teatrının aktrisası, Azərbaycanın əməkdar artist Kübra Dadaşova vəfat edib.

 

Teatrdan 42-CiParalel.Az-a verilən məlumata görə, aktrisa bu gün axşam saatlarında dünyasını dəyişib.

 

Onun şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Əməkdar artist K.Dadaşova  sabah dəfn olunacaq.  

 

Kübra Dadaşova 31 avqust 1957-ci ildə doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə  1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb . 16 may 2006-cı ildən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.