• Hadisə
  • 6-01-2017, 13:23
  • 269Oxunub

İranda zəlzələ - Ölən və yaralananlar var

{title

 
İranın cənubunda baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində 5 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb

Zəlzələnin episentri Fars əyalətinin Xünc şəhəri yaxınlığında yerləşən Saifabad kəndində olub.

İlkin məlumatlara görə, ölənlərin hamısı yerli təsərrüfatlarda işləyən Əfqanıstan vətəndaşlarıdır. Xəsarət alanlardan biri də əfqanıstanlıdır.

Hazırda xəsarət alanlara yardım göstərilir, zəlzələnin nəticələrinin qiymətləndirilməsi prosesi gedir. 42-CiParalel.Az