Sexdə yanğın, 11 nəfər həyatını itirdi (FOTO)

Hadisəyə ilkin ehtimal elektrik naqillərinə yaranan qısa qapanma göstərilir.
Rusiyanın paytaxtı Moskvanın şərqində yerləşən tikiş müəssisələrindən birində dəhşətli yanğın baş verib.
42-ciparalel.az-ın Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, paytaxtın Stromnika küçəsi 25 ünvanında qeydə alınan hadisə zamanı 11 nəfər həyatını itirib. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ölən şəxslər Orta Asiya respublikalarının vətəndaşlarıdır. Hələlik dağıntıların altında qalanların olub-olmadığı dəqiqləşdirilir. Məlumata görə, yanğının söndürülməsinə ümumilikdə 27 yanğınsöndürən maşını, 90-dan çox şəxsi heyət cəlb edilib və artıq yanğının qarşısı alınıb. Hadisəyə ilkin ehtimal elektrik naqillərinə yaranan qısa qapanma göstərilir. Yanğının baş verdiyi tikiş müəsisəsinin aşağı mərtəbələrindən birində pirotexniki vasitələrin anbarı yerləşir və yanğının həmin anbara keçməsinin qarşısı alınıb. Qeyd edək ki, tikiş sexində yastıq istehsal olunurmuş.

Hadisə yerindən fotolar
Rusiyada bundan əvvəl də bir neçə dəfə ölümlə nəticələnən yanğın hadisələri qeydə alınıb.Sonuncu belə hadisə ötən il dekabr ayının 23-də Rusiyanın Voronej vilayətində yerləşən psixonevroloji internatda baş verib. Güclü yanğın nəticəsində həlak olanların sayı 23 nəfər olub. Məlumata görə, yanğın ərazisində 21nəfərin meyiti aşkar olunub, daha 2 nəfər isə xəstəxanada dünyasını dəyişib. Eyni zamanda Rusiya Fövqəlada Hallar Nazirliyi ölənlərin sayının 22 oduğunu açıqlayıb. Gecə saatlarında başlayan yanğın nəticəsində 23 nəfər xəsarət alıb. Faktla bağlı "ehtiyatsızlıqdan iki və daha çox insanın ölümü" maddəsi ilə cinayət işi açılıb. Rusiya İstintaq Komitəsinin ilkin ehtimalına görə, hadisə elektrik naqillərindəki qısa qapanma nəticəsində baş verib.

Ötən il baş verən yanğın zamanı hadisə yerindən çəkilən foto

42-ciparalel.az