Rusiyada qaçırılan azərbaycanlı biznesmen xilas oldu (FOTO)

İş adamı ailəsindən 10 milyon avro tələb edən şəxslərin əlindən özü qaça bilib.
Ötən il Rusiyanın Tolyatti şəhərində oğurlanan azərbaycanlı biznesmen azad edilib. 42-ciparalel.az-ın Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, qumar biznesində adı hallanan Kamal Quliyevin azad olmasının bəzi təfərrüatları bəlli olub. Artıq onu oğurlayan şəxsləri də yaxalamaq mümkün olub. İtkin biznesmen Penzenski vilayətində tapılıb. O, özü quldurların əlindən xilas olaraq qaçmağa nail ola bilib. İş. adamı oğurlamaqda şübhəli bilinənlər də onun öz həmyerliləridir. Qurbanov soyadlı, eləcə də Məmmədov soyadlı ata-bala olub.
Onlar Saratov vilayətində yaşayıblar. Onu qaçıran şəxslər oğurlanan azərbaycanlı iş adamına görə 10 milyon avro pul tələb edirdilər. 42-ciparalel.az-ın Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, 43 yaşlı K.Quliyev "Olimp" idman kompleksinin avtodayanacağından qaçırılıb. Bu hadisə dekabrın 18-də baş verib. Dekabrın 21-də isə oğurluq hadisəsi ilə bağlı Rusiyada cinayət işi açılıb. O, 7 yaşlı oğlunu məşqdən götürmək üçün idman kompleksinə gəlib. Lakin bundan sonra ondan xəbər çıxmayıb. Sonradan iş adamının ВМW Х6 markalı maşınının yanında saatı və düymələr tapılıb. Bu isə onunla qarşı tərəf arasında mübarizə olduğunu sübut edir.
Qaçırılan azərbaycanlı iş adamı
Rusiya mətbuatında yer alan məlumata görə, iş adamının görkəmi, onun bahalı maşını onu qaçıranları çaşdıra bilər. Lakin K.Quliyevin son illərdə işləri o qədər də uğurla getməyib. Onun oyun biznesi ilə məşğul olan "Kokos" salonu olub. Lakin son zamanlar gəlirləri kəskin azalıb.
Qeyd edək ki, K.Quliyev bir neçə il əvvəl də oğurlanmış, külli miqdarda pul müqabilində azad edilmişdi. 2007-ci ildə Samara məhkəməsi iş adamlarını, o cümlədən K.Quliyevi oğurlamış şəxslər barəsində hökm çıxarıb. Dəstədə Məmmədov soyadlı iki azərbaycanlı da olub. Onların vəzifəsi qurbanlar haqqında informasiya toplamaq olub. Dəstənin tapılmasının və cazalandırılmasının uzun çəkməsinə səbəb isə qaçırılan iş adamlarının yaxınlarının polislə əməkdaşlıq etmək istəməməsi səbəbindən olub.

42-ciparalel.az