Bakıda universitetin seyfini aparan tutuldu

Seyfdə 500 min manata yaxın pul olub.
Odlar Yurdu Universitetinin içi pulla dolu seyfini aparan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 42-ciparalel.az-a verilən məlumata görə, hadisə yanvarın 9-da baş verib.
Odlar Yurdu Universitetindəki xidməti otaqlardan birindən içərisində 83375 manat və 219900 ABŞ dolları olan seyfi oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sübhan Ələkbərov tutulub. Şübhəli şəxs Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Oğurluğu həyata keçirənlər 4 nəfər olub. Hazırda polis dəstənin digər 3 üzvünün tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.42-ciparalel.az Nərimanov rayon Polis İdarəsinin məlumatına əsasən xəbər verir ki, içərisində 500 min manat olan seyf universitetin prorektoru Munir Vəliyevin otağından oğurlanıb. Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qeyd edək ki, M.Vəliyev "Odlar Yurdu” Universitetinin rektoru, deputat Əhməd Vəliyevin oğludur. Adıçəkilən Universitet 8 iyul 1996-cı ildə Nazirlər Kabinetinin 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçib. 16 oktyabr 1996-cı ildə universitetə hüquqi şəxs statusu verilib.
42-ciparalel.az