• Hadisə
  • 25-01-2016, 11:05
  • 186Oxunub

Qadını əri və onun ikinci arvadı döydü

{title

Hazırda onun vəziyyəti ağır olaraq qalır.
 
Gəncədə döyülmə faktı qeydə alınıb. Qadın ağır vəziyyətdə xəstəxanaya gətirilib.
Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından 42-ciparalel.az-a verilən məlumata görə, şəhərin P. Səmədov küçəsi 6-cı döngə, ev 19 ünvanında yaşayan 1973-cü il təvəllüdlü Tünzalə Nurəddin qızı Məmmədova baş və bədən nahiyəsinin müxtəlif hissələrinin əziyi xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Ağır bədən xəsarətləri alan qadın dərhal travmatologiya şöbəsinə yerləşdirilib və ilkin tibbi yardım göstərilib.
Hazırda vəziyyəti ağır olaraq qalır.Məlumata görə, qadın boşandığı keçmiş əri və onun ikinci həyat yoldaşı tərəfindən döyülüb. Faktla bağlı Gəncə Şəhər Nizami rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Ötən il dekabr ayının 25-də oxşar hadisə Daşkəsəndə də qeydə alınıb. 74 yaşlı qadın döyülüb. Rayonun Əmirvar kəndində qeydə alınan fakt zamanı kənd sakini, 1941-ci il təvəllüdlü Almaz Vilayət qızı Həsənova bədəninin çoxsaylı əziyi və qapalı kəllə-beyin travması ilə xəstəxanaya gətirilib. Aparılan araşdırmalar nəticəsində 74 yaşlı qadının oğlu və onun qaynatasının davası zamanı aralarında qaldığı üçün yumruq zərbələri dəydiyi üçün xəsarət aldığı məlum olub.
 
42-ciparalel.az