• Hadisə
  • 22-01-2016, 14:10
  • 185Oxunub

Mobil telefonları cibində keçirmək istədi, amma....

{title

Çantasında və ciblərində gizlətdiyi mobil telefonlar aşkara çıxarıldı.

42-ciparalel.az-ın məlumatına görə, gömrükçülər üç adda 21 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıblar.
Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Kamal Eyvazov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb və ona məxsus çantaya və üzərinə baxış keçirilib. 
Yoxlamadan əvvəl sorğu-sual zamanı K.Eyvazov çantasında və üzərində gömrük nəzarətinə təqdim ediləsi əşyanın olmadığını bildirsə də, onun qeyri-səmimiliyi diqqət çəkib. Yoxlamanın nəticələri isə gömrükçülərin şübhələrini təsdiqləyib. 
Çantadakı şəxsi əşyaların arasından 8 ədəd "ASUS Zenfone GO” və 1 ədəd "İphone 6S” markalı mobil telefon aşkar olunub. 
K.Eyvazovun üzərində şəxsi yoxlama zamanı isə əynindəki pencəyin və gödəkçənin ciblərindən 11 ədəd "Samsung Galaxy Grand Prime” və daha 1 ədəd "ASUS Zenfone GO” markalı mobil telefon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır. 



Aşkar edilən mobil telefonlar
 
42-ciparalel.az