Bakıda yol polisi motosikletlə qəzaya düşdü

42-ciparalel.az saytı xəbər verir ki, hadisə İstiqlaliyyət küçəsində baş verib.
Xidməti vəzifəsini yerinə yetirən Dövlət Yol Polisi İdarəsinin müşayiət bölüyünün sürücüsü, polis serjantı Xəyyam Məmmədovun idarə etdiyi "Yamaha” markalı motosiklet başqa bir maşınla toqquşub.
Yol polisinin motosikletlə toqquşduğu VAZ-2107 markalı avtomobilin sürücüsü Tərtər rayon sakini Rəşad Nəsibov olub.
Qəza zamanı ciddi xəsarət alan olmayıb.