Ərdoğan 100 min lirə istədi

Prezident təhqir olunduğuna görə məhkəməyə müraciət etdi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu ikinci dəfə məhkəməyə verib.
42-ciparalel.az-ın məlumatına görə, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Kılıçdaroğlunun ötən gün Türkiyə Böyük Millət Məclisi Toplantısında dediyi sözlər və "Twitter" səhifəsində paylaşdıqları ilə bağlı 100 min lirə mənəvi təzminat ödəməsini tələb edib.
Yanvarın 18-də Ankara Prokurorluğunda Kamal Kılıçdaroğlunun barəsində Ərdoğana dediyi sözlərə görə cinayət işi başlanıb. Ankara Respublika Baş Prokurorluğu CHP sədrini prezidenti təhqir etməkdə ittiham edir.

Kamal Kılıçdaroğlu - CHP lideri
Müxalifət lideri Ankarada keçirilən CHP-nin 35-ci qurultayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edib, onu diktator adlandırıb: "Bu qara ləkə sənin alnındadır və heç silinməyəcək. Mənim sərvətim ancaq bir üzükdən ibarətdir. Dünyanın ən varlı liderlərindən birisən", - deyə o qeyd edib.
Türkiyə konstitusiyasında "Prezidentə təhqir” maddəsinin 299-cu bəndinə görə, prezidenti təhqir edən şəxsi bir ildən dörd ilə qədər həbs cəzası gözləyir. Odur ki, Kamal Kılıçdaroğlu 4 ilə qədər həbs oluna bilər.

Əslində, bu, Kılıçdaroğlunun ilk belə çıxışı deyil. Eyni zamanda bu iş də onun haqqında başladılan ilk iş deyil. Bundan öncə o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəbdəbəli həyat tərzi sürməkdə və dövlət xərclərini israf etməkdə günahlandırıb.

42-ciparalel.az