Şagird şagirdi bıçaqladı - BAKIDA

Bakıda orta məktəb şagirdi bıçaqlanıb. Yasamal rayon Polis İdarəsindən 42-ciparalel.az-a verilən məlumata görə, hadisə 286 saylı orta məktəbin qarşısında qeydə alınıb. Həmin məktəbin 9-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Arif Qəhrəmanov məktəb yoldaşı, 1999-cu il təvəllüdlü Xəqani Ramazanovu bıçaqlayıb.
Nəticədə X. Ramazanov xəstəxanaya yerləşdirilib.
42-ciparalel.az