Salyanda faciə: 10 yaşlı uşaq kanalda bataraq ölüb

Bu gün axşam saatlarında Salyan rayonunun Qaraçala kəndində suvarma kanalının üstündəki kiçik körpüdən keçmək istəyən 2 məktəbli uşaq suya yıxılaraq boğulmağa başlayıb. 42-ciparalel.az saytının kənd sakinlərindən əldə etdiyi məlumata görə, hadisəni yerli sakinlərdən bir nəfər görərək kanalda boğulan uşaqlara kömək etməyə çalışıb. Həmin şəxs 13 yaşlı bir oğlan uşağını sudan çıxararaq xilas etsə də, digər uşaq, 2006-cı il təvəllüdlü Arx-Arası kənd sakini, 3-cü sinif şagirdi Dadaşov Emin Əvəzağa oğlu suda batıb. Hadisədən bir qədər sonra FHN-nın hadisə yerinə çağırılmış dalğıc-xilasediciləri tərəfindən suda boğulmuş uşağın cəsədi tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı hüquq mühafizə orqanlarında araşdırlma başlanıb. 42-ciparalel.az