Eldar Sabiroğlunun həbsdəki oğlunun vəziyyəti pisləşdi

"Rüfət yüksək qan təzyiqi xəstəliyindən əziyyət çəkdirdi".
"Oğlum Rüfətin səhhətində problem yaranıb və saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasına təcili yardım əməkdaşları çağırılıb. Bildiyimə görə, hazırda onun vəziyyəti normaldır. Onsuzda Rüfət yüksək qan təzyiqi xəstəliyindən əziyyət çəkdirdi".
Bu barədə 42-ciparalel.az-a rüşvət almaqda təqsirləndirilərək barəsində həbs-qətimkan tədbiri seçilən Rüfət Səfərovun atası Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu məlumat verib. Onun sözlərinə görə, oğlunun səhhəti barədə onun hüquqlarını müdafiə edən vəkili Bəhruz Bayramovdan məlumat alıb:
"Vəkil Rüfətlə görüşüb. Görüşdən sonra mənə istintaq təcridxanasında saxlanılarkən Rüfətin qan təzyiqi yüksəldiyi və təcridxanaya təcili tibbi yardım çağırıldığı barəd məlumat verildi. Həkimlərin tibbi yardımından sonra onun səhhəti normallaşıb. Deyilənə görə hazırda vəziyyəti nomaldır. Hazırda Bəhruz Bayramov oğlumun yanındadır. Çıxandan sonra ətraflı məlumat alacam", deyə Eldar Sabiroğlu bildirib.
Sabiq mətbuat rəhbəri oğlunun həbsindən apelyasiya şikayəti veriləcəklərini də deyib.

Eldar Sabiroğlu- Rüfət Səfərovun atası
Yanvar ayının 15-də Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov barəsində qaldırılan cinayət işi üzrə dindirilmək üçün Baş Prokurorluğa çağırılıb və orada saxlanılıb.
R.Səfərov hazırda barəsində həbs-qətimkan tədbiri seçilməsi Binəqədi Rayon Məhkəməsinə aparılıb. Binəqədi rayon Məhkəməsinin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bəhruz Bayramov- Rüfət Səfərovun hüquqlarını müdafiə edən vəkil
Qeyd edək ki, R. Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında” Azərbaycan RespublikasıQanununun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.

42-ciparalel.az