Bakıda dilənçi polis bölməsində damarlarını doğradı

Bakıda dilənçilik etdiyi üçün saxlanılan şəxs polis bölməsində intihara cəhd edib.
42-ciparalel.az saytı xəbər verir ki, Səməd Vurğun parkında dilənçilik edən Yevlax rayon sakini 1984-cü il təvəllüdlü Rafiq Bəkirov Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
Rafiq Bəkirov Nəsimi rayonu 22-ci Polis Bölməsinə gətirilib.
R.Bəkirov bölmənin giriş qapısına çatanda ağzından çıxardığı lezva ilə qolunun damarlarını kəsib.
Psioxoloji problemlərinin olduğu deyilən R.Bəkirov xəstəxanaya yerləşdirilib. O, tibbi yardım aldıqdan sonra xəstəxanadan buraxılıb.