• Hadisə
  • 14-01-2016, 16:04
  • 277Oxunub

Bir gündə üç intihar hadisəsi

{title

Azərbaycanda bir gündə üç intihar hadisəsi baş verib.
İlk hadisə Sumqayıt şəhərində qeydə alınıb. Şəhər sakini 61 yaşlı Mahizər Ağayeva sirkə turşusu içərək intihar edib.
Bundan başqa Biləsuvar rayonun Bağbanlar kənd sakini 1984-cü il təvəllüdlü Sadıqov Firuz Rüstəm oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Anoloji hadisə Gəncə şəhərində də qeydə alınıb. Şəhər sakini 1983-cü il təvəllüdlü Kamal Yaqubov özünü asıb. Hər üç faktla bağlı araşdırma aparılır.
 

42-ciparalel.az