Aeroprotda maşın təyyarəyə çırpıldı (VİDEO, FOTO)

Hadisə Rusiyanın Şeremetyevo aeroportunda baş verib. Moskvanin Şeremetyevo aeroportunun dayanacağında aviaqəza baş verib.
42-ciparalel.az-ın məlumatına görə, qar yığınlarının təmizləməsi zamanı qaryığan maşının sürücüsü idarə etməni itirərək təyyarəyə çırpılıb.
Qəza nəticəsində təyyarə ilə yanaşı "Aeromar" şirkətinin avtomobili ciddi zədələr alıb. Toqquşma nəticəsində "Aeroflot"un Airbus A321 laynerinin füzelyajı zərər çəkib. Təyyarə Moskva - Sankt-Peterburq reysini yerinə yetirməyə hazırlaşmış. Hadisə vaxtı xəsarət alan olmayıb.
Aviaşirkət təyyarəni digəri ilə əvəz etməli olub. Qəza səbəbindən uçuş 40 dəqiqə ləngiyib. Ekspertlər "Aerobus"a dəyən zədələrin qiymətləndirilməsini aparır. Zərərçəkən Airbus A321 layneri uçuşlardan kənarlaşdırılıb.
42-ciparalel.az