Bakıda dəhşətli yol qəzası: ölənlər var

Faktla bağlı cinayət işi açılıb Bakıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, bu gecə Binəqədi-Balaxanı yolunda "Opel" markalı minik avtomobili qəzaya uğrayıb. Nəticədə avtomobildə olan sərnişinlər - Əzizova Maral İslamqızı və Ağayev Mirrasim Ağa oğlu aldıqları ağır xəsarətlərdən vəfat edib. Sürücü və daha bir nəfər isə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə iş başlanılıb.
Araşdırma aparılır.
42-ciparalel.az