• Hadisə
  • 9-01-2016, 13:40
  • 321Oxunub

Türkiyədə baş verən dəhşətli qəzada azərbaycanlı həlak olub

{title

Hadisə Türkiyənin Çanaqqala vilayətində baş verib.

Türkiyənin Çanaqqala vilayətində dəhşətli yol qəzası baş verib. Əcnəbi vətəndaşları daşıyan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması 6 nəfərin ölümünə, 3 nəfərinsə yaralanmasına səbəb olub. 
42-ciparalel.azvTükiyə mətbuatına istinadən verdiyi məlumata görə, 17 ZE 245 seriya nömrəli avtomobil Yunanıstanın Midili adasına yola düşən və içərisində Suriya, Əfqanıstan və Myanma (Birma) əsilli vətəndaşlar olan avtobusla Ezine-Bayramiç yolu Harharik körpüsü yaxınlığında toqquşub. Ağır zərbənin təsirindən sərnişinlə dolu avtobus körpüdən aşaraq dərəyə yuvarlanıb.
Nəticədə avtomobildə olan 2 nəfər, eləcə də avtobusdan zərbənin təsirindən bayıra atılan 2 şəxs və avtobusun altında qalan 2 uşaq hadisə yerindəcə keçinib. Ümumilikdə qəzada 30 nəfər yaralanıb.Ölənlər arasında Azərbaycan vətəndaşı da var. Belə ki, ölənlərdən biri - Sevil Çakır 10 ay əvvəl Azərbaycandan gələrək 38 yaşlı Ramazan Çakırla ailə həyatı qurub. Sevil Çakır avtomobilin sürücüsü Mehmet Çakırın baldızı olub. Həlak olan qadın 1,5 aylıq hamilə olub. Onun həyat yoldaşı ağır vəziyyətdə Çanaqqala Dövlət Xəstəxanasına çatdırılıb. Hazırda o reanimasiya şöbəsindədir, həkimlər xəstənin vəziyyətinin ağır olduğunu bildirirlər. 
 
42-ciparalel.az