• Hadisə
  • 8-01-2016, 01:15
  • 362Oxunub

Xüsusi təyinatlılar “Baron Şəmi”ni belə tutdular (VİDEO)

{title

Şəmsəddin Kərimovun tutulmasının görüntüləri yayılıb.
 
 
Azərbaycanda "Baron Şəmi" ləqəbli Şəmsəddin Kərimovun tutulmasının görüntüləri yayılıb.
42-CIParalel.Az məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının yanvarın 6-da həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhərində yaşayan, əvvəllər 6 dəfə məhkum olunmuş, "Baron Şəmi" ləqəbli Şəmsəddin Kərimov şübhəli şəxs qismində saxlanılıb.
Baxış zamanı ona məxsus evin həyətindəki quyudan gizlətdiyi ümumi çəkisi 28 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 12 kiloqram 550 qram həşiş qətranı, 7 kiloqram 110 qram tiryək, 6 kiloqram 981 qram heroin və 1 kiloqram 137 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Həmin görüntüləri təqdim edirik.
 
 
  
 
 
 
42-CIParalel.Az