“Qarabağ“ “Qalatasaray“ı geridə qoydu

Dünyanın ən yaxşı klublarının siyahısı açıqlanıb. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi cədvəldə planetin ən yaxşı 203 komandası yer alıb
Azərbaycan 2015-ci ilin yekunlarının əksini tapdığı siyahıda 3 klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz "Qarabağ”dır. Komanda 142 xalla 77-ci yerdədir və bu pilləni İspaniya "Valensiya”sı ilə bölüşür."Qarabağ" bu göstərici ilə "Borussiya” (Mönhenqladbax, Almaniya), "İnter” (İtaliya), MOİK (Rusiya), "Styaua” (Rumıniya), "Benfika” (Portuqaliya), "Marsel” (Fransa) və "Santos” (Braziliya) kimi komandaları qabaqlayır. Türkiyə klublarından "Qalatasaray” və "Beşiktaş” da Ağdam təmsilçisindən aşağıda qərarlaşıb.
139,50 xalı olan "Qalatasaray” "Qarabağ”dan 5 pillə aşağıda – 82-ci yerdə qərarlaşıb. 132 xalı olan "Beşiktaş” isə 95-cidir.