FİFA prezidentliyinə növbəti namizəd

FİFA-nın keçmiş baş katibi Jerom Şampan növbəti dəfə FİFA prezidentliyinə namizədliyini irəli sürüb.
42-ciparalel.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bununla bağlı o, FİFA-ya sənədini göndərib.
Qeyd edək ki, J.Şampan bundan əvvəlki prezident seçkisində namizədliyini irəli sürmüşdü. Ancaq daha sonra o, namizədliyini geri götürmüşdü.
Xatırladaq ki, bundan əvvəl İordaniya şahzadəsi Əli bin əl-Hüseyn və Braziliya millisinin keçmiş futbolçusu Ziko namizədliyi irəli sürdüklərini açıqlayıb.