Ermənilər kəndlərimizi atəşə tutdu

{title

42-ciparalel.az
 
MN: Ermənilərin hərbi obyektlərini məhv etmək məqsədilə ordumuz cavab tədbirləri görəcək
Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi atəşə tutub. Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 9-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqələrimizi minaatanlardan və iriçaplı silahlardan atəşə tutublar. Müdafiə Nazirliyi xəbərdar edir ki, dinc əhalimizin yaşadığı kəndləri atəşə tutan işğal olunmuş ərazilərdəki təmas xəttinə yaxın yaşayış məntəqələrində yerləşən düşmənin döyüş mövqelərini və hərbi obyektlərini məhv etmək məqsədilə ordumuz cavab tədbirləri görəcək və buna görə məsuliyyət Ermənistanın cinayətkar rejiminin üzərinə düşəcək.