Kriştianu Ronaldo rekord vurdu

42-ciparalel.az
Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində "Real Madrid" klubu öz meydanında "Malmö"nu qəbul edib. Bu oyunda 4 qol vuran Kriştianu Ronaldo rekord da qırıb.
Oyuna gəlincə, matçda hesab artıq oyunun 12-ci dəqiqəsində açılıb. Kərim Benzema adını tabloya yazdırıb. Benzema bir daha 24-cü dəqiqədə özündən söz edib. Bu dəfə fransalı futbolçu Kriştianu Ronaldonun qapı önünə asmasından sonra topu başla tora qovuşdurub.
Oyunda darmadağının əsasını isə, 39-cu dəqiqədə Kriştianu Ronaldo qoyub. Ronaldo bir daha 47-ci, 50-ci və 58-ci dəqiqələrdə fərqlənərək, rekorda imza atıb. Beləki, Ronaldo Çempionlar Liqasının qrup mərhələsində 11 qol vuran ilk futbolçu kimi tarixə düşüb.
Oyunda vurulan digər qollara gəlincə: 70-ci dəqiqə Mateo Kovaçiç, 74-cü dəqiqədə isə Kərim Benzema ( İsko assist) fərqləniblər. Beləliklə, "Real Madrid" - "Malmö" matçı meydan sahiblərinin 8:0 hesablı qələbəsi ilə başa çatıb.
"Real Madrid" - "Malmö" oyunu