Bakının sürüşmə sahələri aktivləşdi

{title

42-ciparalel.az
 

    Aktivlik daha çox Zığın ərazisində qeydə alınıb.

Payız fəslinin son ayında sürüşmə sahələrində aktivləşmə müşahidə olunub. Bəzi yaşayış evlərinin divarlarında çatlar əmələ gəlib. Bu siyahıya görə aktivlik daha çox Zığın ərazisində qeydə alınıb. Noyabr ayı ərzində aparılan monitorinqlər zamanı sürüşmə sahələrində aktivləşmə müşahidə olunub.

Baş geoloq Ələmdar Piriyev bildirdi ki, noyabrda Lənkəran-Lerik yolunun 17-19 kilometrliyindəki sürüşmə sahəsində uçqun prosesinin daha geniş ərazini əhatə etməsi müşahidə edilib. Həmçinin Quba-Xınalıqavtomobil yolunun 37-46-cı kilometrliyindəki sürüşmə sahəsində də nisbi hərəkət müşahidə olunub. Eyni zamanda, Quba-Qonaqkənd avtomobil yolunun 37-40-cı kilometrliyində müşahidələrin nəticəsinə görə nisbi aktivləşmə müşahidə olunub:

"Yağışın intensiv olaraq yağması nəticəsində bizim əməkdaşları sürüşmənin parametrlərini belə götürə bilməyiblər”.

Baş geoloq onu da bildirib ki, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü hadisəsi baş verib. 

Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində də sürüşmə prosesi aktivləşib, nəticədə uçqun-töküntü hadisəsi qeydə alınıb.

Muğanlı sürüşmə sahəsində də çatların ölçülərinin qismən genişlənməsi qeydə alınıb.