Derbinin qalibi Avropa Liqasına yollanır

{title

42-ciparalel.az
 
Bu gün Çempionlar Liqasının qrup mərhələsində son turun oyunlarına start veriləcək. 6-cı turda bir neçə komanda öz taleyini müəyyənləşdirmiş olacaq. A qrupunda "Real" və PSJ növbəti mərhələyə vəsiqəni təmin edib. Bugünkü qarşılaşma onlar üçün formal xarakter daşıyır. Sadəcə, 3 xala malik olan "Şaxtyor" və "Malmö" Avropa Liqasına qatılmaq üçün son şanslarından istifadə etməyə çalışacaqlar. B qrupunda isə vəziyyət bir qədər fərqlidi. Çünki 9 xalı olan "Volfsburq" doğma azarkeşləri önündə 8 xalla ikinci pillədə qərarlaşan "Mançester Yunayted"i qəbul edəcək. 7 xalla 3-cü pillədə olan PSV isə 4 xalla qrup sonuncusu olan Rusiya MOİK-ini sınağa çəkəcək. Göründüyü kimi, B qrupunda 3 komandanın növbəti mərhələyə çıxmaq şansı var. 

"Qalatasaray" klubu.

C qrupunda 10 xala sahib olan "Atletiko" və "Benfika" növbəti mərhələyə vəsiqəni təmin edib. İstanbulda baş tutacaq qarşılaşmada isə "Qalatasaray" "Astana" ilə münasibətlərə aydınlıq gətirməlidi. Türk derbisində Avropa Liqasına kimin layiq olduğu bəlli olacaq.

D qrupunda da növbəti mərhələyə yüksələn komandaların sahibləri bəllidi. "Yuventus" 11 xalla birinci, "Mançester Siti" isə 9 xalla ikincidi. Son turda "Mançester Siti" "Borussiya" ilə oyunda qrup liderliyinə yüksəlməyə çalışacaq. "Sevilya" isə "Yuventus"la oyuna qalib gəlməklə, Avropa Liqasına yollanmaq niyyətindədi. 

UEFA Çempionlar Liqası, qrup mərhələsi
VI tur
8 dekabr

A qrupu

23:45. PSJ (Fransa) – "Şaxtyor” (Ukrayna)
23:45. "Real” (Madrid, İspaniya) – "Malmö” (İsveç)

B qrupu

23:45. "Volfsburq” (Almaniya) – "Mançester Yunayted” (İngiltərə)
23:45. PSV (Hollandiya) – MOİK (Moskva, Rusiya)

C qrupu

23:45. "Benfika” (Portuqaliya) – "Atletiko” (İspaniya)
23:45. "Qalatasaray” (Türkiyə) – "Astana” (Qazaxıstan)

D qrupu

23:45. "Mançester Siti” (İngiltərə) – "Borussiya” (Münhenqladbax, Almaniya)
23:45. "Sevilya” (İspaniya) – "Yuventus” (İtaliya)