Nazarov oynadı, komandası uduzdu

42-ciparalel.az
Almaniya II Bundesliqasında XVII turun oyunları keçirilir. Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue" "Arminiya" ilə qarşılaşıb.
Futbolçumuzun komandası 1:2 hesabı ilə uduzub. Nazarov görüşün 65-ci dəqiqəsində meydana çıxsa da, komandasına kömək edə bilməyib.
Qeyd edək ki, "Karlsrue" hazırda 19 xalla 18 klub arasında 13-cü pillədə qərarlaşıb.