"Günəşli"də xilas olan danışdı: "Heç bir texnika yaxınlaşa bilmirdi

42-ciparalel.az
"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş qəza ilə bağlı 30 nəfərin axtarışları davam edir.
Yanğın zamanı xəsarət alan 29 nəfər Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilib, xəsarəti yüngül olanlar artıq evə buraxılıblar.
Yaralılardan biri baş verən faciədən danışıb: "Qayıqlara minib oturduq, bundan sonra da FHN gəldi bizi xilas etdi. Orda olanların dəqiq siyahısını deyə bilmərəm, amma hər halda 60-dan yuxarı olmalıydı. Dalğanın hündürlüyü 8 metr idi, heç bir texnika yaxınlaşa bilmirdi".