İŞİD maddi çətinliklərlə üzləşib

42-ciparalel.az
İŞİD terror qruplaşması İraq və Suriyada ələ keçirdiyi əraziləri itirdikdən sonra maddi çətinliklərlə üzləşib.
Bu iddia ilə Vaşinqton Post qəzeti çıxış edib: "İŞİD dünyanın ən varlı terror qruplaşması hesab olunurdu. Amma indi ekstremist qruplaşma çox ciddi maliyyə problemləri yaşayır. Buna əsas səbəb İraq və Suriya ərazisində itirdikləri torpaqlardır. Görünür, belə davam edərsə, İŞİD öz üzvlərini itirəcək, müharibə aparmaq iqtidarında olmayacaq".