Britaniya: Deputatlar İD-i bombalamaq barədə səs verəcək

{title

42-ciparalel.az
 

Böyük Britaniya parlamenti ölkənin Suriyada İslam Dövləti qruplaşmasına qarşı hava hücumlarına qoşulması ətrafında səs vermə keçirəcək.

Səs vermə İcmalar Palatasının 10 saatlıq müzakirəsindən sonra baş tutacaq.

Baş Nazir David Cameron deyir ki, İD Britaniyanın təhlükəsizliyinə təhdiddir.

Leyboristlərin lideri Jeremy Corbyn bombalanmağa qarşı çıxsa da, onu dəstəkləyən deputatlara azad səs vermək imkanı verib.

Cənab Corbynin yardımçıları deyir ki, təxminən 90 deputat höküməti dəstəkləyə bilər.

Ümumiyyətlə, cənab Cameronun Britaniyanın 4 illik Suriya münaqişəsinə qoşulacağı barədə parlamentdən dəstək alacağı gözlənilirdi. Lakin 6 müxtəlif partiyadan ən azı 110 deputat hava hücumlarının qarşısını alacaq qətnamə imzalayıb. Səsvermədə 640 deputatın iştirakı gözlənilir, onlardan 362-si lehinə, 175-i isə əleyhinə səs verə bilər.

Bundan əlavə, 19 nəfər hökümətə, 3 nəfər müxalifətə tərəfdar ola bilər.

Qalan 80 nəfərsə bitərəf qala bilər.