Bakının giriş hissəsində təhlükəsizlik tədbirləri görülür - FOTO

{title

42-ciparalel.az
 

Bakının giriş ərazilərində təhlükəsizlik məqsədi ilə avtomobillərə baxış keçirilir.

Səhər saat 6:00-dan başlayaraq Bakının bütün girişlərində postlar qurulub və şəhər ərazisinə daxil olan bütün nəqliyyat vasitələrinə baxış keçirilir.

Ərazidə xidmət aparan polis əməkdaşları bildiriblər ki, bütün növ nəqliyyat vasitələrinin yük və salon hissəsinə baxış keçirilir. Bu saata qədər şübhəli şəxs qismində saxlanılan olmayıb və heç bir şübhəli hadisə qeydə alınmayıb.