Frank Riberi məşq etməyə hazırdı

42-ciparalel.az
"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberiümumi komanda ilə məşq etməyə hazırdı.
Bu haqda klubun idarə sədri Karl-Haynts Rummeniqqeməlumat verib:
"Riberinin əzabları bitmək üzrədi. O, artıq bu həftədən etibarən ümumi qrupla birgə məşqlərə başlayacaq".
Qeyd edək ki, Frank Riberi topuğundakı zədə səbəbindən yaşıl meydanlardan uzaq düşüb. Fransız futbolçu sonuncu dəfə rəsmi matçlarda cari ilin mart ayında forma geyib.