Messi - La liqanın ən yaxşı futboçusu ( VİDEO )

42-ciparalel.az
Ən çox mükafatları "Real" və "Barselona" futbolçuları alıb.
2014/2015 mövsümünün ən yaxşı futbolçusu Lionel Messi seçilib. O, həm də ötən mövsümün ən yaxşı hücumçusu seçilib. Messi 2014/2015 mövsümündə 38 oyunda ümumilikdə 43 qol vurub. Ən yaxşı qapıçı nominasiyasında, Klaudio Bravo ( "Barselona"), ən yaxşı müdafiəçi - Serxio Ramos ( "Real Madrid"), yarımmüdafiəçi Xames Rodriges ( "Real Madrid") qalib gəlib.
"Real Madrid"in portuqaliyalı ulduz futbolçusu Kriştianu Ronaldo isə azarkeşlərin seçiminə görə ən yaxşı futbolçu mükafatını alıb. Ən yaxşı məşqçi ,ötən mövsüm La liqanın qalibi, Luis Enrike ( "Barselona"), İspaniya La liqasında ən yaxşı afrikalı futbolçu - əlcəzairli yarımmüdafiəçi Sofian Fequli ( "Valensiya"), ən yaxşı cənubi amerikalı futbolçu isə Neymar seçilib ( "Barselona").