Xoşqədəm: "Ölkədə bu qədər vacib xəbərlər olduğu halda.."

42-ciparalel.az
Aparıcı sosial şəbəkədən şəkilinin silməsinin səbəbini açıqladı.
Xoşqəm Baxşəliyeva "İnstaqram” hesabında həyat yoldaşı Doğuş ilə çəkdirdiyi fotonu sonradan silməsinin səbəbini açıqlayıb. X. Hidayətqızı həmin fotonu paylaşaraq izləyicilərinə səslənib. Aparıcının sözlərinə görə, şəkili silməsinin belə marağa səbəb olcağıni bilsəydi heç silməzdi.
"Ay canlarım, ölkədə bu qədər önəmli xəbərlər olduğu halda mənim ötən gün paylaşdığm fotonu silməm belə marağa səbəb olacağının bilsəydim silməzdim. Həyat yoldaşım "facebook” səhifəsində bu fotonu bir gün öncə paylaşdığı üçün sildim. Narahatçılığa əsas yoxdur”.

Xoşqədəm Baxşaliyevanın "İnstaqram" hesabı
Doğuş aparıcı Xoşqədəm Hidayətqızı ilə ötən il evlənib. Toy mərasimi Bakıda həyata keçirilib. Xoşqədəm Hidayət qızı 2011-ci ildən televiziyada fəaliyyətə başlayıb. ANS TV–də"Xoşqədəmlə axtarıram səni "və "Sən tək deyilsən" verlişlərinin aparıcısı olub.

"Deməsək olmaz" verilişin baneri

Xoşqədəm Baxşəliyeva və Doğuş
Xoşqədəm Hidayətqızı 2005-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə mətbuatın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.