Neapollular qələbəyə sevindilər

42-ciparalel.az
Qonsalo İquain "dubl" edib.
İtaliya A seriyasının 14-cü turu çərçivəsində"Napoli" klubu öz meydanında "İnter"i qəbul edib. Oyun San Paolo stadionunda baş tutub. Matçda hesab artıq oyunun 2-ci dəqiqəsində meydan sahibləri tərəfindən açılıb. "Napoli" klubunun hücumçusu Qonsalo İquain adını tabloya yazdırıb. 62-ci dəqiqədə Qonsalo İquain Raul Albiolun ötürməsini qola çevirərək, hesab arasında kı fərgi ikiyə yüksəldib. "İnter"in yeganə qolunu isə 67-ci dəqiqədə Adem Lyaiç vurub. Beləliklə, "Napoli" - "İnter" oyunu Neapol klubunun qələbəsi ilə başa çatıb.
"Napoli" - "İnter" oyunu
Bu qələbədən sonra aktivinə 3 xal yazdıran "Napoli" klubu 31 xalla turnir cədvəlinin lideridir. "İnter" isə cəmi 1 xal geri qalaraq, 2-ci pillədə yer alıb.
Bu qələbədən sonra aktivinə 3 xal yazdıran "Napoli" klubu 31 xalla turnir cədvəlinin lideridir. "İnter" isə cəmi 1 xal geri qalaraq, 2-ci pillədə yer alıb.