Bakıda aeroporta tualetli avtobuslar işə düşdü (FOTO)

42-ciparalel.az
28 maydan hava limanına işləyən avtobuslar daha rahatları ilə əvəz edildi.
"Bakubus" MMC birbaşa hava limanaına işləyən avtobusları dəyişdi.
Bunu "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova söyləyib. Onun sözlərinə görə, bundan sonra 28 may və Beynəlxalq Hava Limanı istiqamətində AlmaniyanınMAN şirkətinə məxsus neoplanlar istifadəyə verilib.
"Bu avtobuslar biznes-klass sinfinə daxildir, 48 sərnişin tutur. Vaxt intervalı uzun olan ərazilər üçün nəzərdə tutulub. 24 saat ərzində, həftənin 7 günü fəaliyyət göstərəcək. Yalnız bir dayanacaqda - Koroğlu metrosunda bir dəqiqəlik dayanır. Yeni nəqliyyat vasitəsində yük qoymaq üçün xüsusi yerlər, hətta ayaqyolu da var. Bir sözlə, çox rahat, hər cür şəraiti olan avtobuslardır. Qiyməti isə 1 manat 30 qəpikdir".

Nuridə Allahyarova - "BakuBus" MMC-nin mətbuat katibi
Hazırda istifadəyə verilən bu nəqliyyat vasitəsinin hər kəsin ürəyincə olacağına inanırıq. Çünki sərnişinlər oturacaqları istədikləri kimi sağa, arxaya hərəkət etdirə bilərlər. Uzunmüddətli yol getdiyi üçün avtobusun daxilində tualet də quraşdırılıb. Bundan başqa, həmin nəqliyyatda vətəndaşların zövqünü oxşayacaq 60-70-80-ci illərin xalq və bəstəkar mahnıları səslənir. Neoplanlarda wifi sisteminin olması da, sərnişinlərə istədikləri internet xidmətindən istifadəyə imkan yaradır.


"BakuBus" MMC-ə məxsus aeroplan avtobusla
Bundan əvvəl də aeroport istiqamətində "BakuBus" MMC-ə məxsus İVECO markalı qırmızı rəngli avtobuslar işləyirdi. Avtobuslar bu yaydan fəaliyyətə başlamışdı.

"BakuBus" MMC-ə məxsus İVECO markalı avtobuslar