"Borussiya" Dortmund "Ştutqart"ın qapısından 4 top keçirib

{title

42-ciparalel.az
 
Futbol üzrə Almaniya çempionatının ( Bundesliqa) 14-cü turu çərçivəsində Dortmundun "Borussiya" klubu öz meydanında "Ştutqart"ı qəbul edib. Oyunda qapılara ümumilikdə 5 qol vurulub.

Oyunda hesab matçın 3-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Qonsalo Kastro tərəfindən açılıb. 19-cu dəqiqədə isə Obameyanq hesab arasında ki fərqi ikiyə yüksəldib. "Ştutqart"ın cavabı isə 40-cı dəqiqədə Daniel Didavinin vurduğu qolla gəlib. 65-ci dəqiqədə isə Nidermayer avtoqola imza atıb. Oyunda son nöqtəni isə 90-cı dəqiqədə Obameyanq qoyub. O komandasının 4-cü, özünün isə 2-ci qolunu vurub. Beləliklə, "Borussiya" - "Ştutqart" matçı "arıların" 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra aktivinə 3 xal yazdıran "Borussiya" klubu 32 xalla Bundesliqanın turnir cədvəlində 2-ci pillədə yer alıb. "Arılar" lider "Badanvariya" 8 xal geri qalırlar. 

Bundesliqanın turnir cədvəli