"Marsel" - "Monako" oyununda 6 qol vurulub (VİDEO)

{title

42-ciparalel.az
 

    "Marsel" öz meydanında "Monako"nu qəbul edib.

Futbol üzrə Fransa çempionatının ( Liqa 1) 15-ci turu çərçivəsində Marsel şəhərinin eyni adlı klubu öz meydanında "Monako"nu qəbul edib. Oyun "Velodrom" stadionunda baş tutub.

Oyunda hesab artıq matçın 12-ci dəqiqəsində meydan sahibləri tərəfindən açılıb. Romen Alessandrini adını tabloya yazdırıb. "Monako"nun cavabı isə 18-ci dəqiqədə Almani Turenin vurduğu qolla gəlib. "Monako" azarkeşləri bir də 39-cu dəqiqədə seviniblər. Bu dəfə də Almani Ture fərqlənməyi bacarıb. 

Buraxılmış qoldan sonra irəliyə atılan "Marsel" futbolçuları qol istəklərinə 51-ci dəqiqədə çatıblar. Mişi Batşuayi hesaba tarazlıq gətirib. Ancaq bu da oyunda vurulan son qol olmayıb. Beləki, "knyazlıq" klubunun portuqaliyalı futbolçusu Fabiu Koentrau komandasını hesabda önə keçirib. Ancaq qonaq komandanın qol sevinci cəmi 10 dəqiqə çəkib. 82-ci dəqiqədə Jorj - Kevin Nkudu oyunda hesaba tarazlıq gətirib. Beləliklə, "Marsel" - "Monako" oyunu 3:3 hesabı ilə başa çatıb.
 
"Marsel" - "Monako" oyunu
"Marsel" - "Monako" oyunu


Liqa 1-in turnir cədvəli