"Zirə" və AZAL 3 xala sevindi

{title

42-ciparalel.az
 
     Егra AZAL - "Sumqayıt" matçı ilə start verilib.
Bü gün iki oyunla Azərbaycan Premyer Liqasında XIV turun oyunları davam etdirilib. 
Tura AZAL - "Sumqayıt" matçı ilə start verilib.

AZAL doğma meydanda 2:0 hesablı qələbəyə sevinib. "Təyyarə"çilərin qollarına 20-ci dəqiqədə Murad Səttarlı və 84-cü dəqiqədə Ruslan Nəsirli imza atıb. "Sumqayıt"lı Ağabala Ramazanov oyunda penaltini boşa verib.


Günün ikinci oyununda "Zirə" "Xəzər Lənkəran"ı qəbul edib. 49-cu dəqiqədə lənkəranlıların müdafiəcisi Zaman Mirzəzadə avtaqolla "Zirə"ni sevindirib. 57-ci dəqiqədə "Xəzər Lənkəran"dan Elşən Rzazadə qırmızı vərəqə alıb.

İki dəqiqə sonra isə meydan sahiblərindən Nelson Bonilla meydandan qovulub. Bundan sonra oyunda hesab dəyişməyib və "Zirə" 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, turun ilk oyunu dünən "Kəpəz"lə "İnter" arasında keçirilib və 0:0 hesabı ilə başa çatıb.Turun bir oyunu sabah, biri isə bazar ertəsi baş tutacaq.

Premyer Liqa
2015/16 mövsümü
II dövrə, XIV tur

AZAL - Sumqayıt 2:0
Qollar: Murad Səttarlı, 20. Ruslan Nəsirli, 84.

Zirə - Xəzər Lənkəran 1:0
Qol: Zaman Mirzəzadə, 49 (avtoqol).