Dünyanın ən dəyərli klubları (SİYAHI)

42-ciparalel.az
"Brand Finance” bu klubların siyahısını açıqladı.
Beynəlxalq marka dəyərləndirmə şirkəti olan "Brand Finance” dünyanın ən dəyərli klublarının adını açıqlayıb.
Şirkət 2015-ci il üçün səhmlərinin qiyməti ən yüksək olan komandaların sıralamasında "Mançester Yunayted”i zirvədə göstərib.
Ötən illə müqayisədə iki pillə irəliləyən "qırmızı şeytanlar”ın bazar qiyməti 1 milyard 206 milyon dollardır. Siyahıda ikinci yeri "Bavariya” üçüncü yeri isə "Real” klubu tutur.
Ən bahalı klublar İngiltərə Premyer Liqa təmsilçiləridir. İlk "10-luq”da 6 ingilis klubu yer alır. "Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən "Tottenhem” dünyanın ən dəyərli 10-cu komandasıdı. London klubunun səhmlərinin qiyməti 360 milyon dollardı. Ağdam klubunun digər rəqiblərindən "Monako” (202 milyon) 17-ci, "Anderlext” isə 65 milyon 750 min avro ilə 77-ci yerdə qərarlaşıb.

"Real” klubu
Avropa Liqasının qrup mərhələsində iştirak edən digər təmsilçimiz "Qəbələ”nin isə iki rəqibi "100-lüy”ə düşüb. 12-ci olan Dortmund "Borussiya”sının səhmlərinin dəyəri 326 milyon dollardı. "Krasnodar” isə 60 milyon 150 min dollarla 85-ci sırada göstərilir.

"Qalatasaray” klubu
Türkiyədə ən yüksək pilləni "Qalatasaray” tutur. 19-cu olan komandanın marka dəyəri 177 milyondu. "Yüzlüy”ə düşən digər türk klublarından "Fənərbağça” (120 milyon) 35-ci, "Beşiktaş” (103 milyon 350 min) 46-cı, "Trabzonspor” (67 milyon 350 min) 73-cü, "Bursaspor” isə (57 milyon 525 min) 87-ci pillədə qərarlaşıb.
2015-ci ilin ən dəyərli 20 klubu:
"Mançester Yunayted”: 1 milyard 206 milyon dollar
"Bavariya”: 933 milyon
"Real”: 873 milyon
"Mançester Siti”: 800 milyon
"Çelsi”: 795 milyon
"Barselona”: 773 milyon
"Arsenal”: 703 milyon
"Liverpul”: 577 milyon
PSJ: 541 milyon
"Tottenhem”: 360 milyon
"Yuventus”: 350 milyon
"Borussiya” (Dortmund): 326 milyon
"Şalke”: 302 milyon
"Milan”: 244 milyon
"Everton”: 228 milyon
"Vest Hem”: 209 milyon
"Monako”: 202 milyon
"Sauthempton”: 183 milyon
"Qalatasaray”: 177 milyon
"İnter”: 160 milyon